Qeyri-rezidentə ödəniş zamanı Azərbaycan–xarici dövlət arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqaviləyə əsasən daha aşağı vergi dərəcəsi və ya vergi güzəşti tətbiq edilməli olduğu halda, artıq vergi tutulubsa, həmin məbləğin geri qaytarılması mümkündür.
? Bunun üçün DTA-05 forması təqdim edilir.
DTA-05 — qeyri-rezidentin Azərbaycandan əldə etdiyi gəlirindən artıq tutulmuş və ya artıq ödənilmiş vergilərin geri qaytarılması üçün təqdim etdiyi ərizədir.
⚠️ ƏN VACİB MƏQAM:
Əgər DTA-03 vaxtında təqdim edilməyib və nəticədə qeyri-rezident beynəlxalq müqavilədə nəzərdə tutulduğundan artıq vergi ödəyibsə, DTA-05 vasitəsilə artıq ödənilmiş verginin geri qaytarılması üçün müraciət edə bilər.
⏰ Bu müraciət vergi hesabatı dövrü bitdikdən sonrakı 5 il müddətindən gec olmayaraq edilə bilər.